• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2399
— 07.05.2019 12:34

Vladiqafqazda Üzeyir Hacıbəyovun barelyefi açılıb

KepezTV Player

Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov Rusiyanın Şimali Osetiya – Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində anılıb.  Ümumrusiya Azərbaycanlılar Konqresinin və orada yaşayan diasporanın təşkilatçılığı ilə Azərbaycanlı bəstəkarın 1915-ci ilə Vladiqafqaz şəhərində Butirina 5 ünvanında yerləşən evin önündə baralyefinin açılış mərasimi keçirilib. Tədbirdə əsərləri dünya musiqi incilərindən sayılan musiqişünas-alimin həyat və yaradıcılığından, Şimalı Qafqazla bağlı xatirələrindən söz açılıb. Azərbaycanlı bəstəkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan" əsəri məhz bu evdə rus dilinə tərcümə edilərək oxucular üçün çapa hazırlanıb. Şimali Osetiya-Alaniya Respublikasının deputatları və mədəniyyət işçiləri dramaturq, pedaqoq və ictimai xadim olan Üzeyir Hacıbəyovun əsərlərinin Osetinlərin və burada yaşayan 20-dən artıq etnik xalqların mədəniyyətində, eləcə də yaradıcılığında öz yeri olduğu vurğulayıb.

Şahin Məmmədov Şimali Osetiya Azərbaycanlıları Konqresinin fəxri prezidenti: 1915-ci ildə Üzeyir Hacıbəyov Vladikafqaz şəhərində Mirzə Fətəli Axundovun qardaşı oğlunun evində yaşamışdır. Bu evdə və həmin dövürdə dahi bəstəkar "Arşın Mal Alan" əsərini rus dilinə tərcümə etmişdir. Burada yaşayan azərbaycanlılar Üzeyir Hacıbəyovun xatirəsini burada ədəbiləşdirmək üçün baralyefini açdıq. Buda o deməkdir ki, fəaliyyətimiz burada Azərbaycan xalqını tanıtmaqdır.

Rusiyada və Şimali Osetiyada fəaliyyət göstərən Azərbaycanın diaspora təşkilatlarının nümayəndələri Vladikafqazda prezident İlham Əliyevin təşəbbüsü ilə bu il əsaslı təmir olunaraq istifadəyə verilən Cümə Məscidində olublar. Vladiqafqazda memarlıq incisi sayıla biləcək ibadət ocağının azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən 1906-ci ildə inşasına başlanıldığı və 1908-ci ildən istifadəyə verilərək bu günə qədər məscid kimi fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binasının Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Prezident İlham Əliyevə müraciətindən sonra bərpa olunduğu bildirilib.

Fazil Qurbanov Ümumrusiya Azərbaycanlılar Konqresinin sədri: Qafqazlılar bilirdi ki, bura Muxtarovun məscididir. Amma indi tam rəsmi oldu. Bizim Azərbaycanını xaricdə mədəniyətini, görkəmli şəxsiyyətlərini yaddan çıxarılmaması, təbliğ edilməsi və yaşadılması üçün diaspora işləməlidir.

Görüşdə Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscidin uzun əsrlər boyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacağı çıxışlarda vurğulanıb.Tədbirdə Murtuza Muxtarov Çümə Məscidində informasiya löhvəsinin açılışıda olub.