• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 06.05.2019 20:01

Yazda xəstəliklərdən qorunmağın yolları

KepezTV Player

Mütəxəssislər deyir ki, fəsil dəyişkənliyi zamanı insanların sağlamlığında bir çox narahatlıqlar özünü biruzə verir. Bu zamanı mövsümü xəstəliklər  - burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları formasında baş qaldırır. Mövsümü xəstəliklərdən qorunmaq üçün nə etməli? Əməkdaşımız Fidan Muradlı yaz fəslində daha çox hansı xəstəliklərin vüsət aldığını və onlardan qorunmağın yolları barədə material hazırlayıb. Həkim məsləhətinin də yer aldığı sujeti təqdim edirik.

Yazda insanlar daha çox təmiz havada olmağa, gəzintiyə çıxmağa üstünlük verirlər. Amma havaların dəyişməsi ilə təəssüf ki, səhhətimizdə də bəzi problemlər yaranır. Bu əsasən hansı problemlərdir? Risk qrupuna əsasən kimlər daxildir? Və yazın gəlişinin bizə mənfi təsir etməməsi üçün nə etmək olar? Ümumiyyətlə, yaz fəsli səhhətə necə təsir edir?  

Fəsil dəyişkənliyi ilə əlaqədar orqanizmdə vitamin balansının yenidən qurulması prosesi başlayır. Bədənin payız və qışdan topladığı vitamin sərf olunduğu üçün orqanizm vitamin bazasını qurmağa çalışır. Elə bütün xroniki xəstəliklər də orqanizmin zəif halında baş qaldırmağa meylli olur. Bəs bu dövrdə insanların səhhəti üçün əsas təhlükələr, problemlər nədir ?

Həmçinin bəzi təhlükəli xəstəliklərə açar funksiyasını yerinə yetirə biləcək bakteriyalar da məhz yaz fəslində canlanır. Bunların qarşısını almaq üçün, təhlükədən yayınmaq üçün nə etmək lazımdır?

Bəli, yazın gəlişi hamıya eyni cür təsir göstərmir. Təbii ki, səhhətində bəzi problemlər olanlar, o cümlədən  ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, allergiyası olanlar daha tədbirli olmalıdırlar.  Qabaqlayıcı tədbirlər vaxtında görülsə yaz bizə yalnız xoş əhval, sevinc gətirər...

 

Fidan Muradlı