Havaların isinməsi zəhərli həşarat və sürünənlərin insanlara hücum etməsi hallarını çoxaldır. Xüsusəndə bu kimi hallara rayon və kəndlərdə daha çox rast gəlinir. Əkin mövsümü olduğundan insanlar sahələrə çıxır və burada ehtiyyatı əldən verənlər ilansancmaya və digər zəhərli həşaratların dişləməsinə məruz qala bilirlər. Aqrar rayon olan Göygöldə ötən il bu diaqnozla rayon mərkəzi xəstəxanasına 3 nəfər müraciət edib. Bu il hələlik rayonda ilansancma halı baş verməsə də, Xəstəxanada lazımı tədbirlər həyata keçirib və lazımı dozada ilan zəhəri əleyhinə zərdab gətirilib. Vaksinlərin tətbiqi mərkəzi xəstəxana ilə yanaşı kənd sahə xəstəxanalarında da aparılır. Həkimlər zəhərli sürünənlərin hücumu zamanı zədə alan sahələrə özbaşına müdaxilələrdən çəkinməyi tövsiyyə edir.
Eldar Muradov - Göygöl RMX-nin baş həkiminin müavini: Bəzən görürsüz ki, ilansancması zamanı zədə nayihəsi kəsilir, ona müxtəlif müdaxilələr olunur. Ona müxtəlif sarğılar qoyulur, sıxaclar tətbiq edilir. Bu qətiyyən yol verilməzdi. Xəsarət alan şəxs ilk növbədə sakitləşdirilməlidi, uzandırılmalıdı. Ona hərəkət etmək olmaz. Zədə alan nayihəyyə yalnız soyuq qoymaq olar, yeri antiseptik məhlullarla silinə bilər. Və tez bir zamanda yaxınlıqdakı tibb müəsisəsinə müraciət etməlidir.
- Baxış: 386