• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 5281
— 06.05.2019 20:17

Ailə kəndli təsərrüfatları birləşdiriləcək

KepezTV Player

Respublikamızda artıq 4 ilə yaxındır Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə bölgələrdə “Ailə kəndli təsərrüfatları” fəaliyyət göstərir. Aqrar rayon olan Samuxda da hazırda iribuynuzlu heyvan saxlayan 2700 ailə kəndli təsərrüfatı sahibi var. Öz bəhrəsini verən bu təsərrüfatların tez bir zamanda birləşdirilməsi isə gündəmdə olan məsələlərdəndir. Səbəbləri qarşıdakı sujetdə.

Heyvandarlıq istiqaməti üzrə ən böyük rayonlardan olan Samuxda hazırda 23 min 500 başdan artıq iri buynuzlu heyvan saxlanılır. Lakin son illər heyvandarlıqda məhsuldarlığının aşağı olması səbəbindən müəyyən sıxıntılar yaşanır. Damazlıq heyvanların gətirilməsi və lizinq yolu ilə fermerlərə verilməsi rayonda ailə kəndli təsərrüfatlarında 5500 başdan artıq heyvanların bəslənməsinə təmin edib. Bunun nəticəsində iribuynuzlu heyvandan sağılan süd gün ərzində 50 tondan 90 tona çatdırlıb. Hədəf isə 100 tonu keçməkdir. Bunun üçün də ailə kəndli təsərrüfatlarının birləşdirilməsi məsələsi gündəmdədir.

Rahil Həsənov - Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Təkcə Sünnülər kəndində tərəvəz toxumları ilə bağlı bir koperasiya yaratmışıq.İndi Qarayeri qəsəbəsində korperasiyanın yaradılması ilə bağlı təşkilati işlər aparılır. Biz torpaqların birləşdirilməsi korperasiyası başa çatdıqdan sonra artıq mal-qaranın da o koperativlərdə birləşdirilməsi olacaq.

Mütəxəsislərin sözələrinə görə ailə kəndli təsərrüfatların birləşdirilməsinin üstün cəhətləri çoxdur. Heyvanlara zootexniki qulluq, yem bazasının yaradılmasına köməklik, eləcə də digər şərtlər ailə kəndli təsərrüfatların birləşdirilməsini vacib edir.

Rahil Həsənov - Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Fermerlər birləşib bir yerdə mal saxlayırlarsa, onlar satdığı məhsulun və ətin pulunu mallarının baş sayına görə öz aralarında böləcəklər.Onlar korperasiya olaraq südün emalı ilə məşğul olacaqlarsa artıq emaldan da gəlir əldə edə biləcəklər.”

Ailə kəndli təsərrüfatlarında çalışanlar da yeniliyin onlar üçün sərfəli olacağı qənaətindədirlər.

Şamxay Səfərov - fermer: Ailə təsərrüfatlarının birləşməsini istərdim. Çümki güc birlikdədir. Biri var mən hər bir işin dalınca gedəm, biri də var rəhbər ola gedə o işləri həll edə mən o biri işlə məşğul olam.

Ötən il Samuxda 13 nəfərə 29 baş smental cins inəklər lizinq yolu ilə verilibsə, bu ilin 3 ayı ərzində 4 nəfərə 19 baş iri buynuzlu heyvan satılıb.

 

Elnur Vahidoğlu