• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3191
— 06.05.2019 16:08

Gürcüstandan elektron siqaretlər gətirilməsinin qarşısı alınıb

KepezTV Player

"Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb. Baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda dam örtüyünün və yan divar örtüklərinin arxasından vətəndaşın gömrük nəzarətindən gizlətdiyi 68 400 ədəd elektron siqaret və 27 ədəd elektron siqaret üçün alışqan cihaz aşkar edilib. Araşdırma aparılır.