• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2319
— 06.05.2019 16:05

Gəlinlik salonunda yanğın

KepezTV Player

Zaqatalada gəlinlik salonunda yanğın olub. Hadisə bazar ərazisində fəaliyyət göstərən Vaqif Quliyevə məxsus obyektdə baş verib. Ümumi sahəsi 60 kvadratmetr olan salonun tavanı 1 kvadratmetr hissədə yanıb. Hadisə yerinə gələn Zaqatala Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi tərəfindən alov söndürülüb, yaxınlıqdakı digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Fakt araşdırılır.