Bu günə xəbərlərin oxunma sayı: 726
— 06.05.2019 15:52

Narkotacirlər yaxalandılar

KepezTV Player

Daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunan Zaxar Şamilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,514 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Keçirilən əlavə əməliyyat zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan Nizami İsmayılov da tutularaq istintaqa təqdim edilib.

Nizami İsmayılov Zaxar Şamilovla bir müddət əvvəl tanış olduğunu və onun vasitəsi ilə narkotik maddələrin aludəçisi olduğunu bildirib.

Araşdırma zamaı müəyyən edilib ki, Nizami İsmayılov Zaxar Şamilovla birlikdə satış məqsədi ilə İrandan Azərbaycana narkotik vasitələr gətirib. Amma sonuncu dəfə onların qarşısı polislər tərəfindən alınıb.