• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 06.05.2019 15:58

Vətəndaşlar növbələrini izləyə biləcək

KepezTV Player

“ASAN xidmət” vətəndaşlar üçün mobil tətbiqini təqdim edib. “Növbəni izlə” funksional bölməsi vasitəsi ilə vətəndaşlar növbə üzrə müraciətlərin statusu ilə tanış ola bilər, həmçinin müraciətlərindən imtina edə və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər. Mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində effektivliyi artırmaqdır. Funksiya ölkə üzrə bütün Asan Xidmət mərkəzlərini əhatə edir.

Turanə Qasımova - ASAN Xidmətin əməkdaşı: Bu android sistemlərində yüklənə bilər.Bu sistemi yüklədikdən sonra qarşınızda belə bir səhifə açılır burada siz qeydiyyat düyməsini görəcəksniz qeydiyyat düyməsini kilitlədikdən sonra isə siz qaydalarla tanış ola biləcəksiniz.