• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2297
— 06.05.2019 10:03

Kompakt Genesis Mint konsepti

Nyu-York avtosalonunda Genesis markasının Mint konsepti debüt edib. Elektrokar müasir klassik şəhər avtomobilidir. Iki qapılı qeyri-adi baqaj bölməsi, minimal bəzədilmiş salon və ayrı-ayrı oturacaqlar əvəzinə ön divana sahibdir. Genesis Mint markanın Almaniya, ABŞ və Cənubi Koreyada yerləşən dizayn mərkəzlərinin birgə işidir. Elektrokarın iki qapısı və iki yeri var. Bütün lazım olan informasiyalar sükanın ortasındakı displeydə görüntülənəcək. Elektrik güc sistemi Genesis Mint konseptinə bir dəfəyə 322 kilometr məsafə getməyə imkan verir.