• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1779
— 06.05.2019 10:02

Kia “hər şeyin avtomobili”ni hazırladı

Koreyalılara görə gələcəyin elektromobili belə olacaq. Nyu-Yorkda sərgilənən maşın Kia NabaHiro adlanır. 4 yerlik 5-ci səviyyəli avtonom idarəetməsi ilə şütüyən krossover yüksək texnologiya ilə təmin olunub. Ona bir dəfəlik enerji yükləməklə 500 kilometr yol getmək mümkündür. Kiada onu “Hər şeyin avtomobili” (The Everything Car) adlandırırlar. Maşın kompakt krossoverlərə bənzəsə də onu sitikar, yolsuzluq, səyahət üçün nəzərdə tutulmuş avtomobil kimi sürmək olar. Salona gedən yol yuxarıya açılan qapılardan keçir. Burada 4 yer və iri formatlı proyeksiyalı displey var. İçəridə öyrəşdiyimiz idarəetmə orqanları yoxdur. Hər şey süni intellekt sayəsində həyata keçirilir.