• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 06.05.2019 12:08

İki nəfər bıçaqlandı

KepezTV Player

Ağstafa rayonunun Aşağı Göycəli kəndində bıçaqlanma hadisəsi baş verib. Sumqayıt şəhər sakini 39 yaşlı Həsən Abbasov döş qəfəsindən, Ağstafa rayon Aşağı Göycəli kənd sakini 24 yaşlı Ülvi Quliyev isə qarın nahiyəsindən xəsarət alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin ağır olduğu bildirilir. Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa şəhər sakini, 27 yaşlı Kamran Şadlinski şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, zərərçəkənlərə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.