• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1778
— 06.05.2019 12:13

1 uşaq öldü, 7 nəfər yaralandı

KepezTV Player

Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Şirvan şəhərindən olan şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusun idarəetməsini itirərək aşırıb. Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı İlkin Əhmədov vəfat edib. Səhiyyə nazirliyinin məlumatına görə, biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.