• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2199
— 06.05.2019 12:11

Əlamətdar hadisələr konsertlə yadda qaldı

KepezTV Player

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə növbəti konsert proqramı Gəncə şəhərində reallaşıb. Heydər Əliyev meydanında təşkil olunan konsertdə tanınmış müğənnilərin və gənc istedadların ifasında mahnılar, müxtəlif rəqslər təqdim edilib. Tədbirdə bildirilib ki, yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlıq, mərhəmət, humanistlik, milli-mənəvi dəyərlərə sadiqlik prioritet istiqamətlər kimi müəyyən edilib. Ötən 15 ildə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılması istiqamətində, o cümlədən əhalinin rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirib. Fondun əsas missiyası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.