• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 06.05.2019 12:17

Göygöllü şagirdlər Qazaxa səfər edib

KepezTV Player

Göygölün Topalhəsənli kənd tam orta məktəbinin müəllim və şagird heyəti Qazaxa səfər edib. Məqsəd 100 illiyi dövlət səviyyəsində qeyd edilən Xalq yazıçısı İsmayıl Şıxlının yubiley tədbirinə öz töhfələrini vermək olub.  

Ədəbiyyat Muzeyində baş tutan tədbirdə Azərbaycan ədəbiyyatına görkəmli şəxsiyyətlər, yazıçılar, şairlər bəxş edən Qazaxda müəllimlər seminariyasının yaranmasının və rayonun yetirməsi olan İsmayıl Şixlının anadan olmasının 100 illik yubileylərinin təntənəli şəkildə qeyd olunduğuna diqqət çəkilib. Yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərdən, romanlardan, oçerklərdən, hekayələrdən söhbət açılıb. Görkəmli ədibin yetirmələrinin xatirələri dinlənilib.

Həbibə Mustafayeva - müəllimə: İsmayıl Şıxlı yazıçı publist dövlət xadimi kimi həyataı və yaradıcılığı çox zəngindir. Bir azda olsa bu gün şagirdlərə nə isə çatdıra bildiksə bu gün özümüz ü çox xoşbəxt sanırıq.

Südabə Məmmədova - Qazax məktəblisi: Onun  haqqında çox şeylər danışmaq olar. Əsas məqsəd İsmayıl Şıxlının tək Azərbaycan dilində deyil həm də Fransız dilində onu hamıya tanıtmaq təqdim etməkdir.

Məktəblilər Fəxri qazaxlılar parkında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan İsmayıl Şıxlının büstünü ziyarət ediblər. Pakrda büstləri ucaldılan şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər barədə məlumatlandırılan qonaqlar Şəhidlər Xiyabanında da olaraq Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad ediblər. Göygöldən gələn nümayəndələr Qazax müəllimlər seminariyasında da olaraq təhsil ocağı haqqında ətrfalı bilgilər əldə ediblər. 

Gülnarə Bayramova - Göygöl məktəblisi: Biz bu gün Göygöl rayonundan Azərbaycanın böyük ədibi nasiri olan İsmayıl Şıxlının ev muzeyini onu n fəaliyyəti ilə tanış olmağa gəldik. Biz burada Qazaz Müəllimlər Seminariyasının müxtəlif şairlərimizin xüsusi ilə Qazax rayonunda anadan olan şairlərimizin müzeyi ilə tanış olduq. Bundan dolayı çox şadıq. 

Nurlan Məmmədov - Göygöl məktəblisi: Belə tədbirlərin  tez-tez keçirilməsini arzulayıram. İsmayıl Şıxlı Azərbaycanımızın görkəmli ədibidir hər birimiz onun la fəxr edirik.

Göygöl məktəblilərinin son dayanacağı isə Xalq yazıçısının adını daşıyan İsmayıl Şıxlı parkı olub.

 

Natiq Hüseyn