• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2541
— 04.05.2019 17:41

Gənc istedadlar yarışdı

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə 26 aprel -18 may tarixlərində Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin “GƏNC ISTEDAD” adlı festivalı keçirilir. Festival üç nominasiya - bədii qiraət, mill musiqi və vokal, rəsm üzrə keçirilir. Bu gün Uşaq - Gənclər İnkişaf Mərkəzində festivalın milli musiqi və vokal nominasiyası üzrə seçim mərhələsinin keçirildi. Seçim turu 50-yə yaxın istedadlı gənclərin çıxışları ilə yekunlaşdı. Xatırladaq ki, layihənin rəsm üzrə nominasiyasının seçim turu isə mayın 11-də keçiriləcək.