• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 04.05.2019 17:33

Yaylaq mövsümü ilə bağlı xəbərdarlıq edildi

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti yaylaq mövsümü ilə bağlı xəbərdarlıq edib. Havalar istiləşdikcə heyvanların yaylaqlara aparılması aktuallaşır.Bu zaman çalışmaq lazımdır ki, onların sağlamlığı pozulmasın və qısa müddətdə təyin olunmuş yerə çatdırılsın, habelə heyvanlar arasında tələfat baş verməsin.Bunun üçün bir yerdən başqa yerə yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardakı heyvanlar köçürülməlidir,xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir,heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli, lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır, köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır.