• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 04.05.2019 17:29

Canavarların öldürülməsinə icazə

KepezTV Player

Vətəndaşların təhlükəsizliyi nöqteyi-nəzərindən canavarların sayının tənzimlənməsinə icazə verilsə də bu elmi əsaslarla həyata keçirilməlidir. Belə ki, əgər canavar yaşayış məntəqəsinə və ya otlaq sahələrində otlayan mal-qaraya hücum edirsə və bu hal təkrarlanaraq əhalinin təhlükəsizliyinə, təsərrüfatlarda saxlanılan heyvanlara ciddi təhdid yaradırsa, onun vurulması mümkündür.

Natiq Bayramov 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri: Vəhşi heyvanların, o cümlədən canavarların kəndlərə, insanlara hücumlarının qarşısının alınması üçün nazirlik tərəfindən bir neçə il əvvəl müvafiq regional şöbələrə göstərişlər verilib və işçi qruplar yaradılıb. Bu işçi qruplar yırtıcıların hücumu ilə bağlı müraciətlər daxil olduqda ərazilərə gedərək araşdırma aparır və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.

Lakin belə vəziyyətdən sui istifadə yol verilməzdir. Canavarların təhlükəli olduğu regionlarda, onların sayının tənzimlənməsi yalnız peşəkar ovçulardan ibarət yaradılan qruplar tərəfindən həyata keçirilməlidir. Bu qruplar insanlara təhlükə yaradan ərazilərdə yaşayan yırtıcıları daim diqqətdə saxlayır və növbətçilik əsasında ərazilərə nəzarət edirlər.

Zaur Kərimov peşəkar ovçu: Bizim qruplar yalnız peşəkar və bu sahədə uzun müddət təcrübəsi olan ovçulardan ibarətdir. Canavarda təbiiətdə var olmalıdı. Bunu necə gəldi öldürmək olmaz. Yalnız bu yırtıcılar insanlara və malqaraya ciddi təhlükə yaradarsa bizim ovçular tərəfindən canavarların həmin ərazidən uzaqlaşdırılması və ya saylarının tənzimlənməsi üçün tədbir görülür.

Bütün bunlarla yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara təsərrüfatlarında zəruri mühafizə tədbirləri görmələrini və təhlükə barədə dərhal Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat vermələrini tövsiyyə edir.