• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 04.05.2019 17:24

Azərbaycanın hərb tarixindən söz açıldı

KepezTV Player

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general mayor Şahvələd Əliyev həqiqi hərbi xidmətə çağırışın təşkili istiqamətində görülən işlərdən danışdı. Ordu quruculuğu sahəsində atılan addımlardan bəhs etdi. Azərbaycanın hərb tarixindən söz açıldı. Qarabağ müharibəsi zamanı hərbi hazırlığı olmayan Azərbaycan oğullarının düşmənə qarşı mərdliklə vuruşaraq öz canlarından keçməsi müasir gənclərə nümunə göstərildi. Çıxış edənlər belə tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətini vurğuladılar.

Bu cür vətənpərvərlik tədbirlərinin təmas xəttində yaşayan ağdamlı gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirildi. Sonra bir qrup şəxsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hədiyyələri təqdim olundu.