• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 04.05.2019 17:09

Ekspertizası tələb olunan obyektlərin tikintisinə icazələr asanlaşacaq

KepezTV Player

Yaxın gələcəkdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalı vasitəsilə ekspertizası tələb olunan obyektlərin tikintisinə və istismarına "bir pəncərə" prinsipi əsasında elektron icazələrin verilməsi planlaşdırılır. Komitənin internet portalında fəaliyyət göstərən yeni elektron müraciət sistemi şəhərsalma qanunvericiliyi ilə ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikililər və anbarların tikintisinə və istismarına icazələrin alınması prosesinin əlavə vaxt itirilmədən, sürətli, rahat və şəffaf formada icrasına şərait yaradıb. Nəticədə məmur-sahibkar ünsiyyəti minimuma endirilib, iş adamlarının vaxtına və xərclərinə əhəmiyyətli şəkildə qənaət etmək imkanı təmin edilib. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Cari ildə təkmilləşdirilmə işlərinin aparılması, tikintiyə icazə üçün elektron müraciət sisteminin təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə xidmət göstərməsi nəzərdə tutulur.