• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 03.05.2019 18:26

DİM və Baş Prokurorluq birgə məlumat yaydı

KepezTV Player

Dövlət İmtahan Mərkəzi və Baş Prokurorluq qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyən şəxslərlə bağlı məlumat yayıb. Alışanlı Təbib Natiq oğlu Quliyev Hidayət Zahid oğlunun əvəzinə, Rzazadə Ramazan Tofiq oğlu iki halda Zeynalov Orxan Əfqan oğlu və Əliyev Salman Etimad oğlunun əvəzinə, Nəsibov Müzadil Qərib oğlu iki halda Seyidov Baba Ehtiram oğlu və Quliyev Ayaz Vüqar oğlunun əvəzinə müxtəlif vaxtlarda Gəncə və Mingəçevirdə təşkil olunan qəbul imtahanlarına saxta buraxılış sənədləri ilə keçmək istəyərkən onların həmin şəxslər olmadığı müəyyən edilib. Məlum olub ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Novruzov İbadət Məhərrəm oğlu, Hüseynov Rasim Köçəri oğlu, Məmmədova Yeganə Rza qızı, Mehdiyev Sərxan Nizami oğlu və Səfərov Alov Əli oğlunun vasitəsi ilə imtahanlarda digərinin əvəzinə iştirak etməyə dair razılığa gəliblər. Faktlar üzrə başlanılan cinayət işləri baxılması üçün məhkəmələrə göndərilib.