KepezTV Player
Sabah “Kəpəz” cari mövsümdə doğma meydanda son oyununa çıxacaq. “Sarı-göylər” I Divizonda 25-ci turun görüşləri çərçivəsində Gəncə şəhər stadionunda “Ağsu”nu qəbul edəcək. Saat 15:00-da startı veriləcək qarşılaşmada ədaləti FİFA referisi Əliyar Ağayevin başçılıq edəcəyi hakimlər briqadası qoruyacaq. “Kəpəz” ilə “Ağsu” turnir cədvəlində qonşu pillələrdə yer alıblar. Gəncə klubu 19 xalla 11-ci, rəqib 17 xalla çempionatda 12-cidir. Xatırladaq ki, bu komandalar arasında ilk dövrədə keçirilən oyun qolsuz heç-heçə ilə nəticələnib.
Azad Rəfi
- Baxış: 736