• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 5253
— 03.05.2019 16:00

Ölkəyə qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

KepezTV Player

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə maşının salonunda arxa oturacağın içərisində xüsusi düzəldilmiş saxlanc yerindən 4 ədəd mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.