• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1833
— 03.05.2019 16:01

Sahibsiz itlər baytarları hərəkətə keçirib

KepezTV Player

Son vaxtların əsas mövzusuna çevrilən sahibsiz küçə itlərinin insanlara hücumu Goranboyda da bu sahəni diqqətdə saxlayan adiyyatı qurumları hərəkətə keçirib. Rayon baytarlıq idarəsinin həkimləri həyətlərdə saxlanılan bütün sahibli itləri quduzluq əleyhinə peyvənd etməyi planlaşdırır.

Bu il ölkə ərazisində insanlara it hücumlarının sayının həddən artıq olması vətəndaşları narahat etdiyi kimi adiyyatı qurumlarda da xüsusi tədbirlər görmək zərurəti yaradıb. Bu baxımdan Goranboyda sahibsiz və sahibli itlərin profilaktik tədbirlərə cəlb olunmasına başlanılıb.

Elsevər Hüseynov - Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: Rayon baytarlıq idarəsi tədbirlər planına uyğun olaraq ev itlərinə qarşı il ərzində profilaktik tədbirlər aparılır. Buna baxmayaraq rayon baytarlıq idarəsi olaraq bir daha bütün həkimlərlə birgə hər bir kəndə və qəsəbədə peyvənddən kənarda qalan itlərin sayını dəqiqləşdirilərək profilaktik tədbirlərə cəlb olunmasını planlaşdırırıq. Artıq bu gündən etibarən işlərə start verilib və qısa müddətdə tam dəqiqləşdirmə aparılaraq peyvənd işlərinə başlanılacaq.

Profilaktik tədbirlərlə yanaşı, evində və həyətyanı sahəsində it saxlayan vətəndaşlara, profilaktik tədbirlərin əhəmiyyəti nəzərə alınaraq  marifləndirici söhbətlər aparılır. Hazırda rayon ərazisində 5 min sahibli ev iti baytarlıq idarəsində qeydiyyatdadır.

Elsevər Aslanov - rayon sakini: Mən həyətimdə it saxlıyıram. Hər il baytarlıq idarəsinə müraciət edirəm gəlib quduzluq əlehinə və başqa xəstəliklərə qarşı iynə vurub gedirlər. Bilisiz uşaq gedir itin yanına, özümüz gedirik, bilmədən ya dişini batırar ya əlini cızar, əgər peyvənd etdirmiyibsənsə deməli xəstəlik tuta bilərsən. Bunun üçün kimin həyətində it varsa peyvənd elətdirsin həm özü üçün həm ətrafdakılar üçün.   

Goranboy Rayon Mərkəzi xəstəxanasına bu ilin 4 ayı ərzində 37 nəfər it dişləməsi diaqnozu ilə daxil olub. Həmin şəxslərdə lazımı tibbi yardım göstərilərək quduzluq əleyhinə zərdab vurulub.

 

Elton Cabbarlı