• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2516
— 03.05.2019 16:14

Əldə edilən nəticələr iqtisadiyyatda tətbiq edilə bilər

KepezTV Player

Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri Gəncədə müzakirə olunub. Gəncə Dövlət Universitetində reallaşan beynəlxalq konfrans ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Ölkədə və xaricdə fəaliyyət göstərən elm-təhsil müəssisələrinin alimləri, gənc doktorantlar və tədqiqatçılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri, nüfuzlu alimlər iştirak etdiyi tədbirdə ulu Öndərin Azərbaycanda elmin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən, ölkədə elm adamlarının sosial-rifah halının yaxşılaşdırılması, ali və elmi-tədqiqat müəssisələrinin maddi-texniki imkanlarının yaxşılaşdırılmasına göstərilən diqqətdən danışılıb. elmin müasir tələblər səviyyəsində inkişafından söz açılıb. Mövzu ətrafında dinləniləcək məruzələr, elmin ayrı-ayrı sahələrində alınan müsbət nəticələr və nailiyyətlərin bir müddətdən sonra Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində tətbiq ediləcəyinə əminlik ifadə edilib.