• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1089
— 03.05.2019 12:12

İsmayıllı və Ağdaşda əməliyyat: narkotik aşkarlandı

KepezTV Player

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Şəhər sakini 25 yaşlı Eşqin Paşayev saxlanılıb. Onun atasına məxsus avtomobildə daşıdığı, eləcə də yaşadığı evdə gizlətdiyi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan əlavə onun yaşadığı evdən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan, qanunsuz olaraq saxladığı 1 ədəd “ Vinçestr” markalı ov tüfəngi və həmin silaha məxsus 130 ədəd karteç, eləcə də 1 ədəd pnevmatik tipli tapança, bir ədəd sandıq və 371 ədəd qırma aşkar edilərək götürülüb. Ağdaş polisi isə şəhər sakini 32 yaşlı Nicat Məmmədovu şübhəli şəxs qismində saxlayıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman kibrit qutularında və kağız bükümlərdə 13,49 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evə də baxış keçirilib. Oradan isə ümumi çəkisi 608 qramdan artıq qurudulmuş marixuana və xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 55 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.