• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 03.05.2019 12:07

Vərəsələrin ödənişlərin verilməsi davam edir

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib. Onların siyahısı birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib və birdəfəlik ödəmələrin 7 iş günüərzində həmin vərəsələrin bank hesablarına köçürülməsi nəzərdə tutulur. Ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 70 faizdən çox hissəsinin, yəni 8 min 688 şəhidin 12 min 685 vərəsəsinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.