• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 02.05.2019 23:08

Gəncədə marketdə işləyən satıcılar döyülüb

KepezTV Player

Gəncə şəhərində döyülmə faktı qeydə alınıb. Hadisə şəhərin Məhsəti qəsəbəsində fəaliyyət göstərən marketlərdən birində baş verib. Şəhər sakinləri 30 yaşlı Ceyran Əsgərova, 16 yaşlı Tural Nəsibov və Firuzə Əsgərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Yaralılara döyülmə diaqnozu qoyulub və tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Verilən məlumata görə onlar işlədikləri marketdə tanımadıqları bir neçə nəfər müştərilər tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu