• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 02.05.2019 17:34

Sayt rəhbəri narkotik satarkən həbs edildi

KepezTV Player

Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.Araşdırmalar zamanı saxlanılan qadının milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.