• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 02.05.2019 17:03

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət millimizin Göygöldə təlim-məşq toplanışı davam edir

KepezTV Player

Yerli olimpiya idman kompleksində qarşıdakı yarışlara hazırlaşan güləşçilər gündə 3 dəfə məşq edirlər. Yığmanın tərkibində 30 güləşçi yer alıb. Komandanın aparıcı simalarından Rəsul Çunayev və Sabah Şəriəti müəyyən səbəblərdən məşqlərə qatılmayıblar. Əsasən fiziki hazırlığın yaxşılaşdırılmasına yönələn toplanış mayın 8-dək sürəcək. Xatırladaq ki, bu il güləşçilərimizi iyun ayında Belarusda keçiriləcək Avropa Oyunları və sentyabrda Qazaxıstanda təşkil olunacaq dünya çempionatı gözləyir.

Orxan Cəfərzadə