• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1788
— 02.05.2019 16:42

Düzgün qulluq bol məhsul deməkdir

KepezTV Player

Goranboyda meyvə və tərəvəzçilik üzrə ixtisaslaşan fərdi fermer təsərrüfatlarından bu ildə bol məhsul götürülməsi planlaşdırılır. Nizami Gəncəvi adına fermer təsərrüfatında 35 hektar meyvə və tərəvəzçilik sahəsində bir sıra yeniliklər də edilib. Əldə olunan məhsulun yerli bazarla yanaşı xaricə də tədarük olunması nəzərdə tutulur.

Təsərrüfatda əsasən İtaliya və Türkiyədən gətirilən ərik, nektarin, şaftalı və alça tingləri rayonlaşdırlaraq yerli iqlimə uyğunlaşdırılıb. Hazırda ərazinin 6 hektarında 3-5 illik ərik ağacları, 4 hektarında xurma bağları, 2 hektar sahədə isə 6 növ ərik, şaftalı, nektarin və alça tingləri olmaqla 24 min ting beçərilir.

Rasim Nəbiyev – fermer təsərrüfatının rəhbəri: “Yeni sortların biz lisenziyasını almışıq. Həm öz təsərrüfatımız üçün, həmdə qonşu təsərrüfatlara satışının təmin olunması üçündə yetişdirirərək artımına nail oluruq. Dövlət tərəfindən hər bir tingimizə 50 qəpik subsidiya verilir buda bizim işlərirmizdə müəyyən xərcələri qaşılayaraq təsərrüfata stimul verir.”

Ötən məhsul ilində xurma bağının hər hektarından 14 ton, ərik bağlarının hər hektarından isə 25 ton məhsul tədarük olunub. Təsərrüfatda yetişdirilən tingin qiyməti fermerlərə 5 manata təklif olunur. Bu tinglərə 2 il təyin olunan aqrotexniki qulluq göstərilərsə bar vermək qabiliyyətinə malik olurlar. Hazırda 2 və 4 illik meyvə bağlarında hər ağacın bar verməsi 25-30 kq arasında dəyişir. Mayın 20-ə qədər isə bağlardan meyvə dəriminə başlanılacaq. Bundan başqa təsərrüfatda təcrübə məqsədilə xaricdən gətirilən pomidorda beçərilir.

Rasim Nəbiyev – fermer təsərrüfatının rəhbəri: “Bir neçə sortları ildə əkirik. Bu il tam qərara gələrik ki, bu əraziyə hansı sortlar uyğunlaşır. Hazırda kim hardan gəldi toxum əldə edərək əkirlər. Buda yekunda təsərrüfat sahibinə gəlir gətirmək əvəzinə ziyan vurur, yəni sortlar uyğunlşamamış birbaşa əkini aparılır. Hazırda sınaq məqsədilə pamidor əkmişik avqust ayında məhsul götürməliyik noyabr ayına qədər məhsul verməldiri”

Təsərrüfatda gübəbaxan və pambıq toxumlarının da sınaq məqsədilə becərilməsidə həyata keçirilir.   

Xaliq Qurbanlı