• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 01.05.2019 18:48

Gələn il icbari tibbi sığortanın tətbiqinə başlanılacaq

KepezTV Player

2020-ci ilə qədər respublika ərazisində fəaliyyət gəstərən bütün dövlət xəstəxanalarında icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bəs sığorta paketinə hansı müayinələr daxildır, icbari tibbi sığortanın tətbiqində güzəştlər olacaqmı? Bütün bu məsələlər Tibbi sığorta sistemi ilə bağlı prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda gündəmə gətirilib.

İcbari tibbi sığortanın Mingəçevir, Yevlax və Ağdaşda pilot layihə kimi uğurla həyata keçirilməsi bu sistemin gələn il yanvarın 1-dən bütün ölkə ərazisində tətbiqinə yaşıq işıq yandırdı. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda əhalinin bütün təbəqələrinin bundan yararlanması üçün mühüm addımların atılması gündəmə gətirildi və yekun meyarlar müəyyənləşməsi üçün müvafiq tapşırıq verildi.

Xidmət paketinə daxil olan müayinə və müalicələrin sayı 2000-dən çox olduğundan icbari tibbi sığorta iki formada - əlavə və baza formasında fəaliyyət göstərəcək. Əlavə paketə bütün mayinələr daxil olacaq. Xidmətlər pullu olduğundan bundan yalnız rəsmi iş yeri olan şəxslər yararlana biləcək.

İlkin və təxirəsalınmaz yardımlar, həmçinin poliklinika xidmətlərinin daxil olacağı baza paketindən istifadə edən vətəndaşlar isə heç bir ödəmə etməyəcəklər. Yerli vətəndaşlarla yanaşı, Azərbaycanda yaşayan xarici vətəndaşlar, ən əsası da imtiyazlı şəxlər pulsuz müayinə olunacaq. Xidmət haqqı isə dövlət büdcəsindən maliyyələşdiriləcək.

Qanun layihəsinin hazırlanmasında iştirak edən millət vəkili Musa Quliyev bildirdi ki, ilkin mərhələdə bəzi müayinələrin paketə salınmaması və kadr çatışmazlığı çətinliklər yarada bilər. İnsanlar buna hazır olmalı və bilməlidilər ki, bunun aradan qaldırılması üçün əlavə maliyyə vəsaiti, eyni zamanda vaxt lazım olacaq. Ekspertlər isə düşünür ki, yeni sistem şəffaf və problemsiz olmalıdır ki, sonra xəstə ilə həkim üz-üzə qalmasın.

Artıq qanun layihəsində də müəyyən dəyişikliklər edilib. Hazırda həkimlərin və tibb işçilərinin sertifikasiyası aparılır. Daha sonra icbari tibbi sığortanın elektron bazası hazırlanacaq və dövlət kilinikaları da bu şəbəkəyə qoşulacaq.