• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1080
— 01.05.2019 19:53

Gəncədə “Şəhidlər ölməz, vətən bölünməz” layihəsi çərçivəsində filmlərin təqdimatı olub

KepezTV Player

Gəncədə “Şəhidlər ölməz, vətən bölünməz” layihəsi çərçivəsində çəkilən “Vüqarlı dağlar” və “Mübarizin yolu ilə” adlı filmlərin təqdimatı olub. Gənclər Fondunun maliyyə dəstəyi, Müdafiə Nazirliyi və Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı ilə ərsəyə gətirilən ekran işləri Aprel döyüşlərində həlak olan vətən oğullarına həsr edilib.

“Vüqarlı dağlar” filmi şəhid polkovnik Vüqar Yusibova, “Mübarizin yolu ilə” adlı ekran əsəri isə əsgər Altun Dəmirliyə həsr olunub. Filmlər Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibidir və çəkilişlər Bakı, Sumqayıt, hər iki şəhidin anadan olduğu Şəmkir rayonunda aparılıb. Ekran işlərinin ssenari müəllifi və rejissoru Röyal Əliyev, operatorları Şaban Cəfərov, Rafiq Əliyev, Yağmur Firuz, layihə rəhbəri Ağgül Əhmədovadır. Hər iki filmdə şəhidlərin valideynləri, qohumları, dostları və yaxınlarının xatirələrinə geniş yer verilib.

Ağgül Əhmədova - layihə rəhbəri: Layihənin əsas məqsədi ondan ibarətdir ki, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və aprel şəhidlərinin geniş ictimayyətə təqdim olunmasıdır. Müasir dövrümüzdə texnalogiyanın inkişafı ilə əlaqədar olaraq nəinki yeniyetmə və gənclərin hətta orta nəslin nümayəndələri kitaba marağının azalmasına səbəb olub.Məhz buna görədə mən şəhidləimizi kinomataqrafiyanın imkanlarından istifadə edərək geniş kütləyə çatdırmaq qərarına gəldim.

“Vüqarlı dağlar” və “Mübarizin yolu ilə” filmlərini Gəncədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəhər ictimaiyyətinin nümayəndələri, tələbə və gənclər izləyiblər. Ekran işləri tamaşaçılarda dərin təəssürat yaradıb.

Nurəddin Yusibov - şəhidin atası: Mənim oğlum vətən yolunda, Azərbaycan yolunda, ata ana yolunda həlak olub, öz canını qurban verib. Ancaq bu mənim üçün fəxrlidir ki, mənim oğlum şəhid olmaqla ucaların uacalrındadır”.

Valeh Əsədov - tamaşaçı: Bu gün bizim izlədiyimiz film çox təsirli oldu. Şəhidlərimizin həyat yolu ilə daha yaxından tanış olduq. Biz bir daha qurur duyuruq ki, bizim Azərbaycanımızda, bizim Respublikamızda belə oğulllar, belə cəngavərlər var)) ((K/A)) Bundan əvvəl Şəmkir rayonunda ictimaiyyətə təqdim olunan filmlərin paytaxtda və digər bölgələrdə də nümayiş etdirilməsi nəzərdə tutulur.