• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 01.05.2019 19:12

Sahibkarlara dələduzlarla bağlı xəbərdarlıq edildi

KepezTV Player

Son günlər Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək sahibkarlıq subyektlərində qanunsuz yoxlamaların aparılması və müxtəlif tələblər irəli sürməklə vətəndaşlardan hər hansı saxta sənəd və qəbz qarşılığında pul alınması halları ilə bağlı faktlar aşkar olunub. Həmin hadisələr qurum tərəfindən ictimailəşdirilməklə yanaşı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Buna baxmayaraq, hələ də müxtəlif bəhanələr altında sahibkarlardan saxta sənədlər təqdim etməklə qanunsuz olaraq ödəniş tələb edən şəxslərlə bağlı məlumatlar daxil olmaqdadır. Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, qurumun fəaliyyət istiqamətləri çərçivəsində aparılan istənilən baxış, monitorinq, yoxlama və s. tədbirlər zamanı yerində hər hansı ödənişin olunması mexanizmi mövcud deyil. Sahibkarlardan xahiş olunur ki, müxtəlif adlar altında yoxlama tədbirləri ilə sahibkarlıq subyektinə daxil olan istənilən şəxsdən, eləcə də AQTA əməkdaşından yoxlamanın keçirilməsinə dair müvafiq sənədləri tələb etsinlər. Şübhəli məqam olduğu təqdirdə dərhal hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat versinlər".