“Azərbaycanla Pakistan arasında mövcud olan dostluq əlaqələri əsrlərə dayanır. Hər iki ölkənin çoğrafi məkanında mövcud olan tarixi abidələr, insanlarımızın adət-ənənəsi bunu bir daha sübut edir”. Bu barədə Kəpəz televiziyasına açıqlama verən Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Səid Xan Mohmand ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Diplomat, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Pakistanın daim beynəlxalq səviyyədə Azərbaycanı dəstəklədiyini əlavə edib.
Səid Xan Mohmand - Pakistanın Azərbaycandakı səfiri: “Mənfur qonşunuz olan Ermənistanın işğalçı siyasətinə görə Pakistan rəsmi şəkildə bu dövləti tanımır. Ölkəmiz Dağlıq Qarabağ münaişəsinin ədalətli həll olunması, işğal edilən ərazilərdən didərgin düşən azərbaycanıların dədə-baba yurdlarına geri dönməsi üçün daim Azərbaycanın yanındadır. Pakistan İslam Respublikası Xocalıda insanların başına gətirilən vəhşiliklərin və ümumbəşəri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə rəsmi qərarlar da qəbul edib. Azərbaycan Pakistanla hərbi tərəfdaşdır və biz bir neçə dəfə birgə hərbi təlimlər keçmişik. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapacaq".
- Baxış: 687