• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 30.04.2019 19:52

Çamadan tutacağından heroin çıxdı

KepezTV Player

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İrandan Azərbaycana gələn "Volvo" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin sərnişini olan Pakistan vətəndaşının əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib. Yoxlama zamanı 1 ədəd qara və 1 ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram olan, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb. Fakt araşdırılır.