• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1293
— 01.05.2019 15:53

Oğru dəstə ifşa olundu

KepezTV Player

Saatlı rayon sakini Şivəxan Məmmədov polis şöbəsinə müraciət edərək özünəməxsus ümumi dəyəri 2190 manat olan xırda və iribuynzulu heyvanların oğurlandığını bildirib. Müraciətdən sonra axtarış işlərinə başlanılıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Saatlı sakinləri- Seyidvəli İbrahimov, Kamran Zeynalov, əvəllər məhkumluğu olan Ramin Şıxəliyev və Elnur Əliyev saxlanılıb. İstintaqın gedişində qrup üzvlərinin digər canayətlərinin də üstü açılıb. Məlum olub ki, Ramin Şıxəliyev, Kamran Zeynalov və Seyidvəli İbrahimov aprelin 10-da Saatlı rayon Qaralar kənd sakini İlham Hüseynova məxsus həyətdəki tövlədən ümumi dəyəri 1200 manat olan 7 baş xırdabuynuzlu heyvanı oğurlayıb. 16 aprel tarixində isə onlar qabaqcadan əlbir olaraq Ərzuman Rzayevə məxsus 8 baş xırdabuynuzlu heyvan oğurlamağa cəhd göstərsələr də ev sahibinin səsini eşidərək həmin yerdən uzaqlaşıblar. Əlinə qənimət keçməyən qrupun 3 üzvü həmin gün Saatlı şəhəri Ordubadi küçəsində yaşayan Rövşən Mürsəlovun həyətinə daxil olaraq tövlədən ümumi dəyəri 1344 manat olan 10 baş xırdabuynuzlu heyvanı oğurlayıb.

Saxlanılan şəxslərin bundan başqa digər cinayət əməllərinin olub-olmadığı araşdırılır.