• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1473
— 01.05.2019 16:18

Diplomatlar ölkəmizi tanıyır

KepezTV Player

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Qazax və Tovuz rayonlarına tanışlıq səfərləri başlayıb. Diplomatlar “Damcılı” mağarası, Qazax Sement Zavodu, Şəhidlər xiyabanı, Qazax Müəllimlər Seminariyası və Tarixi Cümə Məscidi, “Saloğlu” mebel fabriki, həmçinin Ədəbiyyat Muzeyi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Xarici İşlər Nazirliyinin təşkil etdiyi səfərdə məqsəd ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerində tanış olmaqdır. Eyni zamanda, diplomatlar Tovuz rayonunda Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, “Göytəpə” qədim yaşayış məskəni və “Tovuz Baltiya LTD” konyak klubu ilə tanış olublar.