• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 01.05.2019 11:03

Rusiya kanalında robot aparıcı peyda oldu

Süni zəkaya sahib robotların, insanların işlərini əlindən alacağı qətidir. Amma robotların, hansı işləri insanların əlindən alacağına dair müzakirələr davam edir. Məsələn 2014-cü ildə Yaponiyada hazırlanmış danışan robotun, insanların serverlik peşəsini mənimsəməsi müzakirə edilirdi, amma belə bir robot heç bir zaman yaradılmadı və unudulub getdi. Rusiya isə, yeni danışan xəbər robotu üzərində işləyir. Aleks adında bir robot, Rusiya dövlət televiziya kanalında xəbərləri təqdim etməyə başlayıb.
Texnologiya firması Promobot tərəfindən hazırlanan danışan robot, şirkət qurucusu Aleksey Yujakovun üzünü daşıyır. Hazırlanmasına təxminən 16 min dollar xərclənən robot, hələlik yalnız üzünü oynada bilir, başqa bir hərəkət qabiliyyətinə sahib deyil. Android əməliyyat sisteminə malik danışan robot üçün, artıq 12 ədəd sifariş var. Şirkətdən verilən şərhə görə gələcək illərdə daha da çox hazırlanacaq Aleks robotu, xəbərləri təqdim edərkən eyni zamanda studiyada da gəzə biləcək.