• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2351
— 01.05.2019 11:02

Şanxayda bürünc Chery konsepti təqdim olundu

Chery şirkətinə məxsus Exeed markası Avropa bazarı üçün E-IUV konseptini təqdim edib. Bu elektrokar brendin nə qədər dəyərli olduğunu göstərmək üçündür. Onun zəkalığı, detalları və daxili energetikası diqqət çəkir. E-IUV daha çox Peugeot-un dizayn mərkəzinin əl işinə bənzəyir. Məsələn Onyx və Instinct prototipləri buna misaldır. Yenilik assimetrik qapılarla təmin olunub, yan şüşə yeri isə yeni fərqli materialdandır. Exeed E-IUV-in təchizat siyahısında holoqrafik proyeksiya əsasında sensorlu idarəetmə sistemi, ön sərnişinin 180 dərəcə dönə bilən oturacağı və pnevmatik asma var. Avtomobilin salonunda orijinal təbii elementlər gözə dəyir. Daxildə müasir materialdan bölmələr də nəzərə çarpır. Exeed brendinin ilk seriyalı modeli isə TX krossoveridir.