• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 30.04.2019 20:50

Şəmkirdə Şəhidlərin xatirəsinə həsr olunan filmlər təqdim edildi

KepezTV Player

Gənclər Fondunun maliyyə dəstəyi, Müdafiə Nazirliyi və Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı ilə çəkilən filmlərin ərsəyə gətirilməsində əsas məqsəd Vətən uğrunda canından keçən igidlərin xatirəsinin əbədi yaşadılması, torpaq, yurd, millət sevgisinin gənclərə aşılanmasıdır. Müdafiə Nazirliyinin hərbi qulluqçuları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələrinin izlədikləri ekran əsərləri tamaşaçılarda dərin hislər yaradıb.

Bəşir Bağırzadə Şəmkir sakini: Şəhidlər hər zaman qəlbimizdə yaşayacaq. Biz gənclərdə hər zaman vətənimizin müdafiyəsi uğrunda şəhid olmağa hazırıq. Şəhid olan qardaşlarımızda vətən uğrunda, dövlət uğrunda, biz gənclər uğrunda, ana bacılarımız uğrunda şəhid olub. Allah hər birinə rəhmət eləsin.

Sona Vəliyeva millət vəkili: Belə bir təşəbbüslər, təqdimatlar və layihələr gənclərdə vətənpərvərlik hissinin gücləndirir. Onların vətəni daha çox sevməsinə ümumiyyətlə VƏtən Torpaq Dövlət anlayışını bir daha dərk etməyə yönələn təşəbbüsdür. Əlbətdə ki, qəhrəmanlar heç zaman unudulmur və xatirələrdə daim yaşayacaqdır.

Sənədli filmlərdə şəhidlərin qohumları, dostları, yaxınlarının xatirələrinə geniş yer verilib. Vüqarlar, Mübarizlər, Altunlar kimi qəhrəmanlar var olduqca vətən torpağına uzanan hər mənfur əlin kökündən kəsiləcəyinə, ali baş komandanın mətin iradəsi, Azərbaycanın qüdrətli ordusunun yenilməzliyi sayəsində işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına əminlik ifadə edilib.

Ağgül Əhmədova layihə rəhbəri:Bildiyimiz kimi şəhidlərimiz haqqında bu gün kifayət qədər jurnallar kitablar dərc olunur. Lakin etiraf etmək lazımdır ki, bu gün filmlərə daha çox üstünlük verilir bizdə istədik ki, şəhidlərimizigeniş kütləyə yaymaq üçün filmlər çəkək. Təbii ki, layihənin məqsədi də vətən üçün canından keçən şəhidləmizi örnək olaraq gəncləmizə tanıdaq.

Film Şəmkirdən sonra sabah Gəncə Dövlət Filarmoniyasında geniş kütləyə nümayiş etdiriləcək.