• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2120
— 30.04.2019 20:46

Qeyri-neft sektoru üzrə ixrac artıb

KepezTV Player

Bu ilin 3 ayında qeyri-neft sektoru üzrə ixrac 59 milyon dollar və ya 16,5 faiz  artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn məlumat verib.Bildirilib ki, Rusiyaya qeyri-neft ixracı 17%, Türkiyəyə 2%,  Gürcüstana 58%, İtaliyaya 74% artıb.İxrac olunan malların siyahısında elektrik enerjisi birinci, qabığı təmizlənmiş meşə fındığı ikinci, mahlıc üçüncü yerdə qərarlaşıb.

Ramil Hüseyn İİTKM-in departament rəhbəri: Cari ildə meyvə-tərəvəz ixracı 103,5 milyon, elektrik enerjisinin ixracı 38,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 48,4 milyon, pambıq lifi ixracı 37,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 22,3 milyon dolları təşkil edib.Həmçinin, pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə artıb.