• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 30.04.2019 20:33

Təbii qaza qoyulan limit artırıldı

KepezTV Player

Azərbaycanda qaz tariflərinin güzəşt hissəsi artırılıb. Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxıb. Şuranın sədri, iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, güzəşt hissəsi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb və qərar artıq sabahdan qüvvəyə minir. 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.