• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2020
— 30.04.2019 20:41

Protokolllar 1 günə e-kabinetdə yerləşdiriləcək

KepezTV Player

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta haqqında elektron protokol 1 gün müddətində elektron kabinetdə yerləşdiriləcək. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı  “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb. Sənədə əsasən, yol hərəkəti qaydalarının pozulması ilə bağlı nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İndiyə qədər bu müddət 1 ay olub.