• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 30.04.2019 10:50

Köhnə avtomobilləri “ağıllı” edən cihaz hazırlandı

Avtomobil sənayesinin nəhəngləri, vasitələrini hər keçən gün daha ağıllı hala gətirəcək xüsusiyyətlər əlavə edir, bunun müqabilində texnologiya şirkətləri də avtomobili köhnələn istifadəçilərin bu xüsusiyyətlərdən məhrum qalmaması üçün yeniliklər təqdim edir. Google şirkətinin Roac Bolt adlı cihazı, köhnə avtomobilləri bir anda ağıllı hala çevirə bilir. Qurğunun müəllifi Kaliforniyada yerləşən texnologiya nəhəngi Google-dur. Maşınlardakı enerji girişinə taxılaraq istifadə edilə bilən Roac Bolt, smartfonlara da Bluetooth vasitəsilə bağlana bilən xüsusiyyətilə yanaşı vasitənizdə sanki Google Home təcrübəsi yaşamanıza imkan verir. Səsli əmrlərlə idarə edilə bilən Roac Bolt, gerçək zamanlı naviqasiya dəstəyi sayəsində yol tərifi verə bildiyi kimi nəqliyyat vəziyyəti məlumatlarını da sürücü ilə paylaşa bilir. Musiqi çala bilmə, xəbər oxuya bilmə, telefona gələn mesajları səsləndirə bilmə və axtarış edə bilmə xüsusiyyətlərinə sahib Roac Bolt, uzaqdan ağıllı ev cihazlarını nəzarət etmə imkanı da yaradır. Roac Bolt cəmi 49 dollar dəyərindədir.