• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 30.04.2019 10:54

Kupe formalı Volkswagen Teramont X seriyalı oldu

Şanxay avtosalonunda kupe formalı Volkswagen Teramont X krossoveri təqdim olunub. Əvvəlki Atlas Cross Sport konseptindən və adi Teramontdan, bu dəfəki eksteryerdə və salonda dəyişiklikləri ilə fərqlənir. Teramont X-in satışları Çində növbəti aydan başlayacaq. Bundan sonra analoji model ABŞ-da dilerlərində peyda olacaq. Teramont X-in faralar, radiator barmaqlığı və bamperinin forması dəyişib. Arxa hissə tamamilə yenidir. Salonda indi yeddi yox, 5 yer var. Ön paneldə dəyişikliklər gözə dəyir. Yeni sükan və sensorlu klimat nəzarət idarəetməsi bloku yeni avadanlıqlar arasındadır. Teramont X-in 10,25 düymlük rəqəmsal alətləri, 9,2 düymlük displeyi olan multimedialı kompleksi və panoram damı var.  Mühərrik qamması 7 yerlik variantının analoqudur və 2 motordan ibarətdir. Onlardan biri 186 ya da 229 at güclü ola bilər. Digər isə 299 at güclü 2,9 litrlik aqreqatdır. Sürət qutusu 7 pilləli robotlaşdırılmış transmissiyadır. Ötürücü sistem də istəyə görə dəyişə bilər: ön və ya tam.