• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2350
— 29.04.2019 16:02

8 nəfərin öldüyü qəzada 1 nəfər sağ qalıb

KepezTV Player

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil ötmə əməliyyatı edən zaman "VAZ 2106" ilə toqquşub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Ölənlər - Daşkəsən sakinləri - 07-nin sürücüsü, 24 yaşlı Eldəniz Həsənov, sərnişinləri - 85 yaşlı Firəngiz Orucova, 61 yaşlı Nahidə Orucova, 1 yaşlı Rübab Həsənova, 06-nın sürücüsü 33 yaşlı Aslan Camalov, sərnişinləri - 24 yaşlı Sevinc Camalova, 70 yaşlı Həmid Bayramov və 2 yaşlı Hüseyn Camalovdur. VAZ 2107-nin sərnişini, Gəncə sakini 28 yaşlı Ruhiyyə Həsənova isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.