• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2422
— 29.04.2019 12:03

Sahədən yığdığı narkotiki satmaq istəyərkən saxlanıldı

KepezTV Player

Zərdab Rayon Polis Şöbəsinə Bakı şəhərində anadan olan, hazırda Abşeron rayonu Hökməli qəsəbəsində daimi qeydiyyatda olan 45 yaşlı Kamil Rəsulovun rayon ərazisində narkotik satışı ilə məşğul olması barədə məlumat verilib. Şöbənin Cinayət-axtarış bölməsinin əməkdaşları təxirəsalınmaz əməliyyat keçiriblər, Kamil Rəsulov şübhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı əvvələr də məhkum həyatı yaşayan Rəsulov yabanı halda bitən narkotiki Şəki şəhərində sahədən yığıdığını deyib.