• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 29.04.2019 12:24

Gədəbəy sakinindən odlu silah götürüldü

KepezTV Player

Gədəbəy polisi uğurlu əməliyyat keçirib. Rayon sakininin gizlətdiyi odlu silah aşkarlanaraq götürülüb.

Gədəbəy Rayon Polis Şöbəsinə Göyəlli kənd sakini 48 yaşlı Arif Tağıyevin evində odlu silah saxlaması barədə məlumat daxil olub. Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis Tağıyevin yaşadığı ünvana baxış keçirib. Axtarış zamanı evin həyətindən gizlədilən bir ədəd odlu silah aşkarlanaraq götürülüb.

İbrahim Hüseynov - Gədəbəy RPŞ-nin İstintaq bölməsinin rəisi Gədəbəy rayon polis şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat axtarış tədbiləri nəticəsində Gədəbəy rayonu Göyəlli kənd sakini Tağıyev Arif Teymur oğlunun yaşadığı ünvandan bir ədəd tək lüləli üzərində uzaq məsafə görəmə cihazı olan (5 atılan) silah aşkar olunaraq götürülüb.

Arif Tağıyev odlu silahın ona məxsus olduğunu inkar etməyib. O, silahdan heç bir cinayət hadisəsində istifadə etmədiyini və saxlanılmasının qanunsuz olduğunu bilmədiyini deyib.

 Arif Tağıyev - saxlanılan şəxs: Silah atamdan yadigarq alıb. O vaxtdan yadigar kimi saxladım. Belə silahların yığılmasından xəbərsizəm. Xəbərim olsa təhvil verərdim. Çox peşmanam.

 Götürülən silahın hər hansı cinayətdə istifadə edilib edilmədiyi ekspertizanın rəyindən sonra bəlli olacaq. Hazırda Gədəbəy Rayon Polis Şöbəsinin İstintaq bölməsində bu istiqamətdə araşdırmalar davam etdirilir.