• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 29.04.2019 11:03

Audi Volkswagen elektrikli Volkswagen ID avtomobilinə rəqib hazırladı

Audi şirkəti meqa şəhərlər üçün nəzərdə tutulmuş AI:me konseptini təqdim edib. Onunla şirkət rəsmiləri 10-15 il sonranı necə gördüklərini nümayiş etdiriblər. Audi rəhbərliyi düşünür ki, yaxın gələcəkdə pilotsuz maşınlardan əyləncə, ünsiyyət və dincəlmək üçün istifadə olunacaq. Audi AI:me Volkswagen ID və Seat el-Born elektrikli heçbeklərinin modullu platformalarında hazırlanıb. Modellər hətta ölçülərdə də uyğun gəlir: uzunluğu 4,3 metr, eni 1,9 metr, hündürlüyü 1,5 metr. Təkər bazası isə 2.7 metr təşkil edir. Konsept arxa oxlarda quraşdırılmış 170 at güclü elektromotorla hərəkətə gəlir. Yol hərəkətinin digər iştirakçıları ilə əlaqə qurmaq üçün Audi AI:me-də bütün kuzovda quraşdırılan işıq diodlu elementlərdən və mikroproektorlardan istifadə olunur. Onlar qaranlıqda avtomobil üçün işıq saça, həmçinin piyadalar üçün təhlükəsizlik yolu ilə bağlı bildiriş verə bilir. Konseptin kuzovu çox komponentli materialdan düzəlib. Buraya polad, alüminium və plastik material daxildir. AI:me-də həmişə ön oturacaq olsa da arxa divan yalnız ehtiyac olduqda peyda olur. Güman ki, bu maşın 4-cü səviyyəli avtopilotla təmin olunub. Avtomobil şossedə və şəhər daxili xüsusi yerlərdə avtomatik rejimdə şütüyür. Avtonom idarəetməyə cavabdeh konseptin elektron sistemi süni intellektlə işləyir. Gələcəyin avtomobili insanların həyatında evdən və işdən sonra üçüncü əhəmiyyətli yer sayılacaq.