• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 27.04.2019 21:06

Qadın dağdan yıxılaraq ölüb

KepezTV Player

Göygöl rayonunda 31 yaşlı qadın dağdan yıxılaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Göygöl rayonunda dağlıq ərazidə yüksəklikdən yıxılan Aygün Yusifovanın meyitinin çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri A.Yusifovanın meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Fakt araşdırılır.